Səhiyyə naziri Bərdədə vətəndaşları qəbul edəcək

Səhiyyə naziri Bərdədə vətəndaşları qəbul edəcək backend

Səhiyyə naziri Oqtay Şirəliyev oktyabrın 15-də saat 13:00-da Bərdə Müalicə Diaqnostika Mərkəzində vətəndaşlar üçün qəbul keçirəcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bərdə, Tərtər, Ağdam, Yevlax və Goranboy rayonları sakinlərinin müraciətləri, şikayət və təklifləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Bərdə Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.