Paytaxtdakı qanunsuz tullantı sahələrində reydlər davam edir

Paytaxtdakı qanunsuz tullantı sahələrində reydlər davam edir backend

“Təmiz Şəhər” ASC Bakıdakı qeyri-qanuni tullantı sahələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə reydlərini davam etdirir.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sentyabr ayında Suraxanı, Binəqədi, Pirallahı və Səbail rayonlarında aparılan reydlər zamanı bir neçə qanunsuz tullantı sahəsi aşkarlanıb. Həmçinin “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi çərçivəsində vaxtilə təmizlənmiş bir neçə qeyri-qanuni tullantı sahəsinin yenidən çirkləndirildiyi də müəyyən edilib və bununla bağlı qanunamüvafiq tədbirlər görülüb.

“Təmiz Şəhər” ASC-nin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə 2010-cu ildən etibarən apardığı reydlər zamanı sahəsi 200 kvadratmetrdən çox olan 216 qeyri-qanuni tullantı sahəsi aşkar edilib. Qanunsuz tullantı sahələrinin 97-si təmizlənərək yerli icra qurumlarına təhvil verilib.
Diaspora