Mərkəzi Elmi Kitabxana oxucuların istifadəsinə verilib

Mərkəzi Elmi Kitabxana oxucuların istifadəsinə verilib backend

Oktyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illiyinə həsr olunmuş yubiley tədbirləri çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanasının oxucuların istifadəsinə verilməsi münasibətilə rəsmi açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə elmin inkişafına göstərilən dövlət qayğısından söz açıb. Müasir tələblərə cavab verən Mərkəzi Elmi Kitabxananın fəaliyyəti barədə ətraflı məlumat verib.

Digər çıxış edənlər də Mərkəzi Elmi Kitabxananın Azərbaycan elmi ictimaiyyəti üçün böyük töhfə adlandırıblar.

Sonra tədbir bədii hissə ilə davam edib.
Diaspora