Nazirlik: Dörd mindən çox şəxsin pensiyası yenidən hesablanaraq artırılıb

Nazirlik: Dörd mindən çox şəxsin pensiyası yenidən hesablanaraq artırılıb backend

Ötən il və bu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu yaşa görə pensiya təyin olunduqdan sonra azı 6 il işləmiş 4 367 şəxsin pensiyalarını yenidən hesablayaraq artırıb.

Bu barədə ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, vətəndaş yaşa görə pensiya təyin olunduqdan sonra da işləməkdə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə (6 il × 12 ay) bölünərək onun pensiyasının üzərinə əlavə olunur.

Diaspora