Azay Quliyev ağsaqqallarla görüşdü

Azay Quliyev ağsaqqallarla görüşdü backend

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev bu gün Binəqədi rayonu ağsaqqaları ilə görüşüb. Seçki Qərargahının Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, ölkədə tanınmış, eyni zamanda, rayonun ictimai-siyasi həyatında yaxından iştirak edən ağsaqqallar qatıldığı tədbirdə rayon ağsaqqalı, deputatlığa namizədin vəkili Həmid Mehdiyev Azay Quliyevin fəaliyyəti haqqında məlumat verib.

Azərbaycan hüquq-mühafizə orqanlarının tanınmış nümayəndələrindən olmuş Akif Rəfiyev çıxışında deputat fəaliyyətinin daha çox qanunvericiliklə bağlı olduğunu bildirərək, bu sahədə Azay Quliyevin təcrübəli parlamentar olduğunu vurğulayıb. O, iştirakçıları seçki günü məntəqələrə gedərək Azay Quliyevə səs verməyə çağırıb.
Professor Yaqub Vəliyev A.Quliyevin elmi işinin müdafiəsində iştirak etdiyini xatırladaraq, deputatlığa namizədə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Çıxışında böyük sözünə, ağsaqqal xeyir-duasına hər zaman böyük dəyər verdiyini deyən Azay Quliyev bu görüşün seçki kampaniyasında xüsusi yeri olduğunu vurğulayıb. Qeyd edib ki, deputat seçildiyi təqdirdə, rayon ağsaqqalları ilə daha çox təmaslarının olmasına imkan yaranacaq. Və vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həllində onların köməyindən yararlanacaq.
Görüşdə çıxış edən digər ağsaqqalar da seçkidə iştirak edərək Azay Quliyevə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, oktyabrın 14-də Azay Quliyevin seçicilərlə növbəti görüşləri - saat 17.00-da 8-ci mkr. N.Nərimanov küç. 81a ünvanında, 18.00-da isə 7 mkr. A.Kunanbayev küç, 7A saylı binanın həyətindəki Kütləvi tədbirlər evində keçiriləcək.
Diaspora