2015-ci ildə pensiya təyinatının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən “Mərkəzi Çağrı Sistemi” (“190-0” nömrəli telefon məlumat xidməti) vasitəsi ilə həyata keçirilməsi, habelə “ASAN xidmət” mərkəzlərində əmək pensiyalarının təyinatı xidmətinin təşkili işi daha da genişləndirilib.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan QAZİLER.AZ-a verilən məlumata görə, hesabat ili ərzində pensiyaların plastik kartlarla ödənişinin kənd yerlərində yaşayan pensiyaçıları əhatə etməsi tədbirləri davam etdirilib.Hazırda pensiyaçıların 100 faizinin pensiyasının plastik kartlarla ödənilməsi, bu məqsədlə ümumilikdə 881, o cümlədən kənd və qəsəbələrdə 210 bankomatın istifadəsi təmin olunub.