Onkoloji xəstəliklə bağlı əlilliyi olan şəxslərə sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir

Onkoloji xəstəliklə bağlı əlilliyi olan şəxslərə sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yeni xidmət istiqaməti olaraq ötən ilin noyabr ayından onkoloji xəstəliklə əlaqədar əlilliyi olan şəxslərə sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri göstərilir.

Bu xidmətlər ötən dövrdə artıq 219 şəxsi əhatə edib.

Agentliyin reabilitasiya mərkəzləri tərəfindən onlar üçün ambulator, səyyar və ya onlayn formada fərdi və qrup seanslar həyata keçirilir.

Onkoloji xəstələrin sosial-psixoloji xidmətlə təmin edilməsi onlarda stress səviyyəsinin azaldılması, kədər və yalnızlıq hisslərinin, bədbinliyin aradan qaldırılması, reabilitasiya prosesinin dəstəklənməsi məqsədi daşıyır.

Xidmət çərçivəsində həmin şəxslərin ailə üzvləri də emosional dəstək və qayğı göstərmək bacarıqlarının gücləndirilməsi məqsədilə psixo-maarifləndirmə tədbirlərinə cəlb edilirlər.

Diaspora