Rusiya-Azərbaycan sərhədindəki “Tahirkənd-Qazmalar” avtomobil keçid məntəqəsi (AKM) ərazidə aparılacaq abadlıq işləri ilə əlaqədar oktyabrın 15-dən fəaliyyətini müvəqqəti dayandırır.
APA-nın məlumatına görə, Rusiya FTX-nın Dağıstan Respublikası üzrə Sərhəd İdarəsindən “AiF Daqestan”a verilən xəbərə əsasən, AKM 25 gün fəaliyyət göstərməyəcək.
Dağıstan Respublikasında digər keçid məntəqələri fəaliyyətini ştat rejimində davam etdirəcək.