“Fevralın 12-də Ermənistan Silahlı Qüvvələrinə məxsus snayperin açdığı atəş nəticəsində Azərbaycanın hərbi qulluşçusu boyun fəqərəsindən yaralanıb. Bu o deməkdir ki, əsgərimizi ölümünə vurublar”.
Qaziler.az xəbər verir ki, bunu “Qarabağ qaziləri” ictimai birliyinin mətbuat rəhbəri Rey Kərimoğlu fevralın 12-də baş verən təxribata münasibət bildirərkən açıqlayıb. O vurğulayıb ki, Ermənistandakı qüvvələr bununla Azərbaycana mesaj ötürməyə çalışıb, amma istəkləri alınmayıb.
“Snayper atəşi ilə təxribatlar törədiləndə bəzən mesajlar verilir. Ayaqdan və ya qoldan vurulmaqla qarşı tərəfə hər hansı xəbərdarlıq tipli mesajlar ötürülə bilir. Lakin ötən gün baş verən təxribat birbaşa əsgərimizin öldürülməsi üçün atılmış atəşdir və boyun fəqərəsindən vurulub. Bu o deməkdir ki, bu işi sifariş verənlər ölümlü hadisə yaratmaq istəyiblər, amma yaxşı ki onların niyyəti alınmadı”.
“Qisas əməliyyatı da gözlənilən idi, çünki ölkə başçısı İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan tərəfi hardan atəş açsa, ora darmadağın ediləcək. Bunu Azərbaycan Müdafiə Nazirliyi də bəyan edib. Azərbaycan bu dəfə də hərbçimizin yaralanmasından sonra, fevralın 13-də “qisas əməliyyatı” keçirdi. Dövlət Sərhəd Xidmətinin bölmələrinin keçirdiyi əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan döyüş postu darmadağın edildi”, - deyə Qarabağ qazisi keçiriən əməliyyatla bağlı danışarkən deyib.
QAZİLER.AZ