Ermənilərin dünənki təxribatına cavab olaraq Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi “Qisas əməliyyatı” zamanı Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib.
Bununla bağlı DSX məlumat yayıb.
Bildirilib ki, düşmənin döyüş mövqeləri susdurulub, məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur.
Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi əməliyyat şəraitinin gərginləşməsi zamanı iki hərbçisinin öldüyünü və xeyli sayda yaralısının olduğunu təsdiqləyib.