Mərkəzi Seçki Komissiyası Azərbaycanda fevralın 7-də keçirilən prezident seçkilərinə yekun vuracaq.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, MSK-nın hazırda keçirilən iclasında prezident seçkilərinin nəticələri müzakirəyə çıxarılıb. Nəticələr Konstitusiya Məhkəməsinə təqdim ediləcək.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda prezident seçkiləri keçirilib. Seçkilərdə 7 namizəd mübarizə aparıb. İlham Əliyev 92,12% (4577693) səslə seçkilərin qalibi olub.
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gün müddətində prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsini təmin etməlidir.
Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.