Polşa ukraynalı qaçqınların müvəqqəti müdafiəsini uzadıb

Polşa ukraynalı qaçqınların müvəqqəti müdafiəsini uzadıb backend

Polşa ukraynalı qaçqınlar üçün müvəqqəti müdafiə müddətini 2024-cü il iyunun 30-dək uzadıb.

Qaziler.az UNİAN-a istinadla bildirir ki, məumatı “Prawo.pl” nəşri yayıb.

Qeyd edilib ki, Polşa Seymi bu gün müvafiq qərar qəbul edib. Eyni zamanda, polşalı deputatlar Aİ Şurasının qərarında nəzərdə tutulduğu kimi, Ukrayna vətəndaşları üçün müvəqqəti müdafiənin müddətini 2025-ci il martın 4-dək uzatmaqdan imtina ediblər.

24 fevral 2022-ci il və 4 mart 2024-cü il tarixləri arasında Polşaya gələn ukraynalılar bu il iyunun 30-dək müvəqqəti müdafiədən istifadə edə biləcəklər. Bundan əlavə, Seym humanitar yardım göstərənlər üçün vergi güzəştlərini ilin sonuna qədər uzadıb.

Belə ki, qanun Ukrayna vətəndaşları üçün milli vizaların və müvəqqəti icazələrin qüvvədə olma müddətinin, habelə ukraynalıların Polşa ərazisindən getmə müddətinin və Ukrayna vətəndaşlarının könüllü qayıtma müddətinin uzadılmasını nəzərdə tutur.

QAZİLER.AZ

Diaspora