“Qripin çarəsi yatıb dincəlməkdir”, - desələr də qripdən bir gün içində qurtulmaq mümkündür. Fəsil dəyişikliyinin ən yoluxucu nasazlığı olan qripdən qısa müddətdə sağalmaq üçün Aile.lent.az-ın bu məsləhətlərinə əməl edin.
- Qripdən qurtulmaq üçün çoxlu sarımsaq yeyin.- Əgər evdə qrip virusunun digər ailə üzvlərinə yoluxmasını istəmirsinizsə, evin bir küncünə soyulmuş sarımsaq qoyun.
- Təbii yolla tərləmək qısa müddətdə sağalmanıza yardım edəcək. Buna görə bol şorba, adaçayı, quşburnu, limonlu çay için.
- C vitamini bədənin immunitetini artırdığı üçün bol qreypfrut, portağal, naringi, ərik kimi təzə sıxılmış meyvə suları için.
- Banan yeyin, ya da qaynadıb suyunu için.
- Duzlu su ilə tez-tez qarqara edib tıxanma və ağrını azalda bilərsiz.
- Qrip ikən maye qəbulunu artırın.
- İçdiyiniz hər suyun içinə limon sıxmaq viruslardan qurtulmanızı təmin edəcək.
- Lavanda çiçəyini qaynadıb süzərək, çay kimi için.