Nobel prospektinə “qırmızı asfalt” döşənir

Nobel prospektinə “qırmızı asfalt” döşənir backend

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən paytaxtın Nobel prospektinin ayrıcı zolağına tünd qırmızı rəngdə asfalt-beton örtüyü salınır.

"Azəryolservis"in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rəngli asfalt-beton örtüyü ilkin mərhələdə “Ağ şəhər”in qarşısından Süleyman Əhmədov küçəsi ilə kəsişməsinə qədər olan 2500 metrlik hissədə yol ayrıcına döşənir. Rəngli asfaltın sözügedən əraziyə döşənməsi vizual olaraq prospektə estetik gözəllik qatacaq.

Qeyd olunub ki, rəngli asfalt-beton örtüyünün adi asfaltdan keyfiyyət baxımından heç bir fərqi yoxdur. Sadəcə olaraq asfalt zavodda hazır olduqdan sonra xüsusi qurğuda onun tərkibinə rəngləyici maddə qatılır və qarışdırılır. Nəticədə rəngli asfalt-beton alınır.


Diaspora