Prezident seçkilərində digər namizədlərin nə qədər səs topladığı açıqlanıb - RƏSMİ

Prezident seçkilərində digər namizədlərin nə qədər səs topladığı açıqlanıb - RƏSMİ backend

Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.

"Report"un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məntəqələrin 93,3 faizinin nəticəsini elan edib.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 2,19 faiz;

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2 faiz;

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76 faiz;

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8 faiz;

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67 faiz;

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə 0,53 faiz səs toplayıb.

Qeyd edək ki, sayılmış seçki bülletenlərinin sayı 4 659 967, səs vermiş seçicilərin sayı 4 660 025-dir, hesabat vermiş seçki məntəqələrinin sayı isə 6 102-dir.

loading...
Diaspora