Şahidlər məntəqə sədrinin qəfil ölümündən danışdılar

Şahidlər məntəqə sədrinin qəfil ölümündən danışdılar backend

Növbədənkənar prezident seçkisi zamanı məntəqə sədri dünyasını dəyişib.

Hadisə 54 saylı Mingəçevir seçki dairəsinin 33 saylı seçki məntəqəsində baş verib. Sözügedən məntəqənin sədri 63 yaşlı Kəmalə Əsgərovanın səhhəti qəfil pisləşib.

Məntəqə üzvünün sözlərinə görə, mərhum seçki prosesi zamanı özünü narahat hiss etsə də, işini yarıda qoymayıb:

“Özümüz məcbur etdik ki, təcili yardım çağırılsın. Halı dəyişdi, rəngi göyərdi, boğulmalar oldu. Sonra da təcili yardım gəlib apardı”.

Qeyd edək ki, mərhum Kəmalə Əsgərova iki övlad anası olub.

Diaspora