"Exit-poll"un nəticələri açıqlanandan sonra Sumqayıtda avtoyürüş başlayıb.
"Report"un yerli bürosu məlumat verir ki, sürücülər dövlət bayraqları ilə şəhərdə dövrə vururlar.
Qeyd edək ki, ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardığı "exit-poll"un nəticələrini açıqlayıb.
Nəticələrə əsasən, hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 93,9 faiz seçicinin səsini qazanıb.