Azərbaycanda növbədənkənar prezident seçkilərində qazilər bütün respublika üzrə müxtəlif rayonlarda müşahidəçi kimi iştirak edirlər.
"Qarabağ qaziləri" ictimai birliyinin sədri Asəf Əliyev Qaziler.az-a bildirib ki, ölkədə seçkilər çox yüksək səviyyədə gedir. "Seçkilərdə qazilər də müşahidəçi qismində iştirak edir. Bizdə olan məlumata görə seçki şəffaf və demokratik şəraitdə keçirilir, heç bir qanun pozuntusu bu saata qədər qeydə alınmayıb. Hələlik təbii ki, nəticə ilə bağlı bir söz demək olmaz. Səsvermə başa çatandan sonra birlik öz açıqlaması ilə çıxış edəcək. Qeyd edək ki, bu seçkilərdə seçici və QHT-lərin fəallığı ciddi şəkildə hiss olunur".
Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.
QAZİLER,AZ