Sabah "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində iş olacaq?

Sabah "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində  iş olacaq? backend

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar sabah "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.

"Report" xəbər verir ki, mərkəzlərdə vətəndaşlara yalnız bir xidmət göstəriləcək.

Həmin gün vətəndaşlar şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti üzrə hazır sənədlərin götürülməsi ilə əlaqədar "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər.

Bildirilib ki, Bakı, Sumqayıt, Gəncə, Naxçıvan şəhərində yerləşən "ASAN xidmət" mərkəzlərində 08:00-19:00-da, digər regional "ASAN xidmət" mərkəzləri isə 08:00-18:00-da fəaliyyət göstərəcək.

loading...
Diaspora