2016-cı ildə Azərbaycana 18,8 mlrd. manat həcmində investisiya yatırılacaq.
“APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin növbəti plenar iclasında Azərbaycanın 2016-cı il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.Nazirin sözlərinə görə, gələn il Azərbaycanın neft sektoruna 8 mlrd. manat, qeyri-neft sektoruna isə 10,8 mlrd. manat investisiyanın yatırılacağı gözlənilir.