Cavid Qurbanov: “Bakı-Tiflis-Qars xəttinin maliyyələşməsində bəzi çətinliklər var”

Cavid Qurbanov: “Bakı-Tiflis-Qars xəttinin maliyyələşməsində bəzi çətinliklər var” backend

“Tarifləri əsasən bazar müəyyənləşdirir. Dövlət bazarda tarifləri nəzarətdə saxlamalıdır".

APA TV-nin məlumatına görə, bu fikirləri "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib: "Tariflərin şişirdilməsi yüklərin buradan qaçmasına şərait yaradır. Söhbət tariflərdə güzəşt edilməsindən getmir. Sadəcə nəzərə almaq lazımdır ki, bəzi qiymətlər düzgün təyin olunmur, düzgün tənzimlənmir və nəticədə monopoliya yaradılır. O monopoliyalar da yüklərin Azərbaycandan qaçmasına şərait yaradır".

Sədrin sözlərinə görə, tariflərin tənzimlənməsi üçün prezident müvafiq tapşırıqlar verib. Qəzvin-Rəşt-Astara dəmiryolu layihəsinə də toxunan sədr Azərbaycan tərəfdə 8 kilometrlik yol və körpü olduğunu və bu infrastrukturun yaradılması ilə İran bazarını Azərbaycan bazarına birləşdirmiş olacağını deyib: "Bu da məsələnin tam həlli deyil. Orada 153 kilometrlik Astara-Rəşt yolu var. Bizim tərəfdə körpünün yerini də müəyyənləşdirmişik. İran tərəfdən isə 153 kilometr uzunluğu olan Rəşt-Astara yolu mövcuddur, lakin yolun layihəsi hazır deyil. Sadəcə, İran hökuməti tikinti işlərini planlaşdırır. Qərarlıyıq ki, bərabər onun tikilməsi üçün maliyyə axtaraq".

Bakı-Tiflis-Qars layihəsi ilə bağlı işlərin nəticəsinə də toxunan sədr layihənin 60 faizinin yerinə yetirildiyini xatırladıb. Onu sözlərinə görə, dəmiryolunun Qarsa qədər olan hissəsi hazırdır. Maliyyələşmə məsələlərində bəzi çətinliklər olduğunu deyən Cavid Qurbanov bu məsələlərin öz həllini tapacağını bildirib.


Diaspora