Vasif Talıbova məxsus şirkətlərdən biri də BAĞLANDI

Vasif Talıbova məxsus şirkətlərdən biri də BAĞLANDI backend

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin keçmiş sədri Vasif Talıbova məxsus olmuş şirkətlərdən biri ləğv edilib.

QAZILER.AZ  Publika.az-a istinaden xəbər verir ki, söhbət əczaçılıq xidmətləri göstərən "Nəxşicahan Med” şirkətindən gedir.

Belə ki, şirkət rəsmən fəaliyyətini dayandırdığını elan edib, bununla yanaşı şirkətin hazırda 100 000 manatdan artıq vergi borcu yığılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl işçiləri "Nəxşicahan Med” barədə Naxçıvan Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət ediblər. Məhkəmə işi hakim Gülsüm Əliyevanın icraatına verilib.

Xatırladaq ki, "Nəxşicahan Med” 2014-cü ildə qeydiyyata alınıb

loading...
Diaspora