Azərbaycanda polkovnik-leytenant boksçu qızı ilə birlikdə federasiyanı məhkəməyə verdi - FOTO

Azərbaycanda polkovnik-leytenant boksçu qızı ilə birlikdə federasiyanı məhkəməyə verdi -  FOTO backend

Azərbaycanlı xanım boksçu Emili Rzayeva atası Emil Rzayevlə birlikdə Muay-Tay və Uşusan Federasiyasını məhkəməyə verib.

“Qaynarinfo”nun məlumatına görə, sözügedən şəxslər mülki işlə bağlı məhkəməyə müraciət ediblər. 

Emili Rzayeva Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Emil Rzayevin qızıdır. 

Qeyd edək ki, o, Azərbaycan boksunun tarixində ilk Avropa çempionu adını qazanan xanım idmançımızdır. Rzayeva həmçinin uşusanda-budo üzrə dünya kubokunun qalibi, boks üzrə MDB ölkələriarası və beynəlxalq turnirlərin mükafatçısı, kikboksda K-1 versiyası üzrə Avropa və dünya çempionudur, idman ustasıdır.

Diaspora