Milli Məclisin plenar iclasında 2016-cı il üçün büdcə zərfi müzakirə edilir

Milli Məclisin plenar iclasında 2016-cı il üçün büdcə zərfi müzakirə edilir backend

Oktyabrın 13-də Milli Məclisin plenar iclası işə başlayıb.



AZƏRTAC xəbər verir ki, iclasda 2016-cı il üçün büdcə zərfi müzakirə edilir.

Müzakirələrdə Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə və hökumət üzvləri iştirak edirlər.

Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra gündəlik təsdiq olunub. İclasda "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə yanaşı, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında", habelə "Dövlət rüsumu haqqında" Qanunda dəyişikliklər edilməsi barədə, Milli Məclisin 2016-cı il üçün xərclər smetası haqqında, Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında qanun layihələri müzakirə olunacaq.
Diaspora