“Azərsu” ASC-nin sahə rəisi vəfat edib

“Azərsu” ASC-nin sahə rəisi vəfat edib backend

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) Səbail Rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin rəisi Fərəməz Əmirxan oğlu Əliyev vəfat edib.

“Report” xəbər verir ki, bu barədə “Azərsu” məlumat yayıb.

Qeyd edilib ki, Fərəməz Əliyevin əmək fəaliyyəti bütünlüklə içməli su təchizatı və kanalizasiya sektoru ilə bağlı olub. 1990-cı ildə bu sahədə əmək fəaliyyətinə başlayan F.Əliyev su və kanalizasiya sistemlərinin istismarında, baş verən qəzaların operativ aradan qaldırılmasında zəngin təcrübə qazanıb, yüksək peşəkarlıq nümayiş etdirib. Su təsərrüfatı sektorunda səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin 3 iyun 2017-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Allah rəhmət eləsin

loading...
Diaspora