Bu gün BAMF prezidenti Umud Mirzəyevin DOĞUM GÜNÜDÜR

Bu gün BAMF prezidenti Umud Mirzəyevin  DOĞUM GÜNÜDÜR backend

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevin doğum günüdür. Onun 63  yaşı tamam olur. 

BAMF və Avrasiya gündəliyi kollektivinə qoşularaq, QAZİLER.AZ saytının bütün əməkdaşları Umud müəllimi əlamətdar gün münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, vətəndaş cəmiyyətinin inkişafında daha böyük uğurlar arzulayırıq.

Umud Mirzəyev 1961-ci ilin fevral ayının 1-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. 1982-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsinə qəbul olunub və 1987-ci ildə təhsilini başa vurub. 1987-1992-ci illərdə Ədəbiyyat və İncəsənət qəzetində elm, publisistika və məktublar şöbəsinin rəhbəri vəzifəsində çalışmışdır. 

_34A4916(2).jpg

Qeyd edək ki, Umud Mirzəyev 1992-ci ildən fəaliyyət göstərən və baş qərargahı Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən, BMT-nin İqtisadi-Sosial Şurasının Əsas məşvərətçi statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qurucusu və prezidentidir. 

U.Mirzəyev həmçinin Azərbaycan Mətbuat Şurasının üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü və qeyri-hökumət təşkilatları milli Forumunun İdarə Heyətinin üzvüdür. 2021-ci ildən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuranın sədridir.

8(7)(1).jpg

U. Mirzəyev 2012-2016-cı illərdə dünyanın tanınmış media qurumlarını özündə birləşdirən Beynəlxalq Mətbuat İnstitutunun (BMI) İdarə Heyətinin, 2013-2016-cı illərdə isə Nobel Sülh Mükafatı laureatı olan Beynəlxaq Sülh Bürosunun Ali Şurasının üzvü və qurumun 18 Qərbi Asiya ölkəsi üzrə nümayəndəsi olmuşdur.

Ölkəmiz haqda həqiqətlərin dünyaya çatdırılması, ölkəmizin tarixi, mədəniyyəti, milli mənəvi dəyərləri, münaqişə ilə bağlı informasiyaların daha böyük və fərqli auditoriyalara çıxarılması istiqamətində proqramların, müxtəlif beynəlxalq qurumlarla birgə çoxsaylı tədbirlərin müəllifidir. 

Onun rəhbərlik etdiyi BAMF-ın 30 illik fəaliyyətinin əsas hissəsi müharibədən zərərçəkmiş və işğaldan azad olunmuş regionlarda sosial-humanitar layihələrin icrası, orada yaşayan qaçqın və məcburi köçkünlərin diqqətdə saxlanılması və konflikt zonalarına xarici diplomatların, beynəlxalq jurnalistlərin, tələbələrin həmin ərazilərə səfərlərinin təşkili olmuşdur.

photo_80999(1).jpg

348012.jpg

Diaspora