Pulsuz səyahət imkanı: AZAL 100 ödənişsiz aviabilet təqdim edir

Pulsuz səyahət imkanı: AZAL 100 ödənişsiz aviabilet təqdim edir backend

“Azərbaycan Hava Yolları” 40-dan çox istiqamət üzrə pulsuz gediş-dönüş aviabiletləri təklif edən “Səyahət etmək vaxtıdır” adlı unikal müsabiqəyə start verir. Müsabiqə 1-21 fevral tarixlərində davam edəcək.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

Müsabiqə çərçivəsində hər birinə 23 kq-a qədər baqaj limiti daxil olan 100 ödənişsiz aviabilet oynanılacaq. Müsabiqədə 18 yaşdan yuxarı hər kəs iştirak edə bilər. İştirak üçün linkə keçid edərək aviaşirkətin rəsmi saytındakı anketi doldurmaq kifayətdir: https://bit.ly/azalcontestpr

Aviaşirkətin “Facebook” sosial şəbəkəsində canlı yayımda təsadüfi yolla 50 qalib seçiləcək. Nəticələr hər həftə – fevralın 8, 15 və 22-də elan olunacaq.

50 qalibin hər biri özü və səyahət etmək istədiyi şəxs üçün iki gediş-dönüş aviabileti əldə edəcək. Biletlərin eyni uçuşa alınması vacib şərtdir. 

Qeyd edək ki, müsabiqədə yalnız bir dəfə iştirak etmək mümkündür. Çarter və kod-şerinq reysləri müsabiqədə nəzərə alınmır. 

Şanslı qalib olub AZAL-dan pulsuz aviabiletlər qazanmaq fürsətini qaçırmayın!

loading...
Diaspora