Su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün Bakının Bakıxanov və Sabunçu qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi xəbər verib.
Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.