Bakıda müğənninin qətlə yetirilməsinin DETALLARI məlum olub

Bakıda müğənninin qətlə yetirilməsinin  DETALLARI məlum olub backend

Bakıda müğənni həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Anar Həşimovun cinayət işi məhkəmənin ilk baxış iclası keçirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatət qaldıraraq prosesin qapalı keçirilməsini istəyib.

Məhkəmə qısa müşavirədən sonra vəsatəti qismən təmin edib.

Daha sonra prokuror Fariz Rzayev ittiham aktını elan edib.

İttiham aktında göstərilib ki, Anar Həşimov 2023-cü ilin sentyabr-oktyabr aylarında arvadı Yaqut Həşimovanın istifadəsində olan mobil telefonuna baxaraq həmin telefonun «Whatsapp» proqramında "Ədiş qurban", "İbo DTV" və digər adlarla qeyd etdiyi Əlövsət Əhədov (red.ad, soyad şərtidir), İlham Allahnəzərov (red. ad-soyad şərtidir) və qeyriləri ilə intim münasibətdə olması barədə qarşılıqlı mesajlar yazdığını müəyyən edib.

Daha sonra təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdə saat 13 radələrində Yaquta həmin "Ədiş" adlı şəxslə danışmamağı ilə bağlı iradını bildirib. Yaqut Həşimova isə iradlarını qəbul etməyərək onun işlərinə qarışmamasını tələb edib.

Bundan sonra aralarında baş vermiş mübahisə zamanı təqsirləndirilən şəxs Anar Həşimov qısqanclıq zəminində qisas almaq niyyəti ilə arvadı Yaqut Həşimovanı əzab, işgəncə verməklə xüsusi amansızlıqla qəsdən öldürmək maqsədilə əvəlcə xüsusi ağrılar yetirmək üçün mənzilin yataq otağında olan bakalı götürüb müğənni yoldaşının baş nahiyəsindən 2 dəfə vurub. Daha sonra təqsirləndirilən şəxs rəfdə saxladığı, qara rəngli açılıb-bağlanan cib bıçağını götürərək onun hərəkətlərindən qorxub mənzilin yataq otağında küncə çəkilmiş Yaqut Həşimovanın həyatı üçün dönə-dönə aman diləyən yalvarışlarına baxmayaraq, qarın nahiyəsindən vurub. O, eyni zamanda Yaqut Həşimovanın saçlarından tutub dartmaqla əlində olan bıçaqla sonuncunun həyat üçün vacib olan orqanlarının yerləşdiyi boğaz, döş qəfəsi, qarın və digər nahiyələrdən zərbələr vurub.

Təqsirləndirilən şəxs otaqda çarpayı üzərində oturaraq təqribən 10 dəqiqə ərzində onun yetirdiyi xəsarətlərdən Yaqut Həşimovanın qan itirməklə ağrı və əzab çəkdiyinə rəhmsizliklə baxıb, ölümünü gözləyib və Yaqut Həşimova daxili və xarici qanaxma səbəbindən ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən Anar Həşimov saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmənin növbəti iclası fevralın 14-nə təyin edilib.

loading...
Diaspora