Türkiyənin təhsil naziri Bakıda Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - FOTO

Türkiyənin təhsil naziri Bakıda Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - FOTO backend

Türkiyənin təhsil naziri Yusuf Tekinin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanı, Şəhidlər xiyabanını və Bakıdakı "Türk şəhidliyi"ni ziyarət edib.

"Report" xəbər verir ki, əvvəlcə qonaqlar Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edib.

Nazir Ulu Öndərin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanını və Bakıdakı "Türk şəhidliyi"ni ziyarət edib, məzarları önünə gül dəstələri düzülüb və şəhidlərin ruhuna dualar oxunub.

loading...
Diaspora