Təəssüflər olsun ki, əlillik üçün saxta rəylər bu gün də var.
APA xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, əlilliklə bağlı müraciətlərin sadəcə 43 faizi təsdiqini tapır.
O, həmçinin bildirib ki, əlillik videomüşahidə ilə təyin ediləcək.