Azərbaycanın səfirliyinə hücum etməkdə təqsirli bilinən şəxslə bağlı hökm çıxarılacaq

Azərbaycanın səfirliyinə hücum etməkdə təqsirli bilinən şəxslə bağlı hökm çıxarılacaq backend

Yaxın günlərdə Azərbaycanın İrandakı səfirliyinə hücum etməkdə təqsirli bilinən Yasin Hüseynzadə ilə bağlı hökm çıxarılacaq.

Bu barədə İran İslam Respublikası Məhkəmə Sistemi sədrinin beynəlxalq məsələlər üzrə müavini və İnsan Haqları Qərargahının katibi Kazim Qəribabadi bildirib.

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Bundan sonra Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.

Mənbə: IRNA 

loading...
Diaspora