Şəhid atası “YAŞAT” Fondu tərəfindən müalicə məqsədilə Türkiyəyə göndərilib

Şəhid atası “YAŞAT” Fondu tərəfindən müalicə məqsədilə Türkiyəyə göndərilib backend

Vətən müharibəsinin şəhidi Asəf Ağayevin atası Abid Ağayev müalicə məqsədilə Türkiyə Respublikasına göndərilib.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, “YAŞAT” Fondu tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin və şəhid ailəsi üzvlərinin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. Fond göndərilən şəxslərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayır.

Xatırladaq ki, bu günə qədər fond 178-i ağır yaralı, 8-i şəhid ailəsi üzvü olmaqla ümumilikdə 186 şəxsin müalicə məqsədilə Türkiyəyə göndərilməsini təmin edib. Onlardan 180-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Həmin şəxslərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də fond tərəfindən təmin edilir.

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytındakı “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək olar.

Həmçinin fondun “8110” Çağrı Mərkəzi fəaliyyət göstərir.

loading...
Diaspora