Kamaləddin Qafarov seçicilərlə görüşdü

Kamaləddin Qafarov seçicilərlə görüşdü backend

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Binəqədi rayonunda şəhid ailələrinin üzvləri, müharibə veteranları və müharibə iştirakçıları olan seçicilərlə görüş keçirilib.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin deputatı Kamaləddin Qafarov, təşviqat qrupunun üzvləri Əziz Axundov, şəhid atası Şahin Sadıqov, qazi Zakif Abbasov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Azərbaycanda dövlət-xalq-iqtidar birliyi sarsılmazdır. Bu həmrəyliyin əsası müasir və müstəqil Azərbaycanın qurucusu və banisi, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub, bu gün də bu siyasət dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz ölkə Prezidenti, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun qüdrəti sayəsində tarixi torpaqlarımız işğaldan azad edildi və ərazi bütövlyümüz tam bərpa olundu.

Çıxış edən seçicilər də bildiriblər ki, fevralın 7-də keçiriləcək seçkilərdə fəal iştirak edəcəklər, onların tək seçimi var - xalqımızın Müzəffər Ali Baş Komandanı, əvəzsiz lideri İlham Əliyev.

Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

 

 

Diaspora