Şabranda Vətən müharibəsi qazisini qətlə yetirən şəxsə HÖKM OXUNDU

Şabranda Vətən müharibəsi qazisini qətlə yetirən şəxsə  HÖKM OXUNDU backend

Şabranda 25 yaşlı gənci qətlə yetirməkdə təqsirləndirilən Teymur Cəfərzadəyə hökm oxunub.

“Report”un xəbərinə görə, bu barədə hökm Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, T.Cəfərzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2022-ci il iyunun 15-i saat 23 radələrində Şabran rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Teymur Cəfərzadə tanışı, 1997-ci il təvəllüdlü Orxan Əliyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Teymur Cəfərzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Şabranda qətlə yetirilən Orxan Əliyev Vətən müharibəsi qazisi olub. O, “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Diaspora