Hakim Orxan İsmayılovun yeni kitabı çap olunub - FOTO

Hakim Orxan İsmayılovun yeni kitabı çap olunub -  FOTO backend

Məhkəmə-Hüquq Şurasının Aparatına ezam olunmuş Şirvan Apellyasiya Məhkəməsinin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Orxan İsmayılovun “İnzibati orqanların diskresion səlahiyyətlərinin sərhədləri və inzibati məhkəmə nəzarəti” adlı kitabı çap olunub.

Qaziler.az E-huquq.az-a istinadla xəbər verir ki, kitabda inzibati orqanların diskresion səlahiyyətlərindən bəhs olunur.

Belə ki, ilk növbədə diskresion səlahiyyətlərin mahiyyəti təhlil edilir, eyni zamanda inzibati aktın ünsürlərində diskresion səlahiyyətlərin mövcudluğu və inzibati orqanın qiymətləndirmə azadlığına dair məsələlərin izahı verilir.

Nəhayət, sonda inzibati orqanların diskresion səlahiyyətlərinin sərhədlərindən və inzibati məhkəmə nəzarətinə dair nəzəri və təcrübi məsələlərdən bəhs olunur.

Diaspora