Gəncədə məktəblinin qətli ilə bağlı YENİ DETALLAR: “Son zəng”də...

Gəncədə məktəblinin qətli ilə bağlı YENİ DETALLAR:  “Son zəng”də... backend

Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Bəxtiyar oğlu Rəhimovun qətlə yetirilməsi ilə bağlı bəzi detallar üzə çıxıb. 

Mərhumun yaxın qohumları Bizim.media-nın yerli bürosuna bildiriblər ki, Raulla ona bıçaq zərbəsi endirən həmyaşıdı Fərid Şabanov arasında əvvəllər də mübahisə olub. 

Məlumata görə, F. Şabanov Bağmanlar qəsəbəsində babasının evində yaşayır. F. Şabanovun anası, Raulun isə babası həmin məktəbdə müəllimdir. Ötən il keçirilən “Son zəng” mərasimində onlar arasında bir dəfə də mübahisə olub.

“Raul çox sakit və mehriban uşaq idi. Böyük-kiçiyin yerini bilən idi. Uzaqdan bir az qohumluqları da çatır. Onu niyə bıçaqla vurduğunu biz də hələ bilmirik. Bildiyimiz odur ki, səhər məktəbə gedib və bu hadisə baş verib”, - deyə Raulun qohumu əlavə edib. 

Gəncə Şəhər Regional Təhsil İdarəsinin məlumatına görə, qətli törədən  F. Şabanov məktəbin şagirdi deyil.

*****

Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Bəxtiyar oğlu Rəhimovun qətlə yetirilməsi ilə bağlı bəzi detallar üzə çıxıb. 

Mərhumun yaxın qohumları bizim.media-nın yerli bürosuna bildiriblər ki, Raulla ona bıçaq zərbəsi endirən həmyaşıdı Fərid Şabanov arasında əvvəllər də mübahisə olub. 

Diaspora