Sosial şəbəkə hesabında özünü “blogger” kimi təqdim və reklam edən şəxs növbəti dəfə yalan və böhtan yayaraq insanlarda yanlış rəy yaratmağa cəhd edir.
Qaziler.az bildirir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ictimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov fesybuk səhifəsində paylaşıb.
O, bildirib ki, videoda paylaşılan uşağa - Cəlilabad rayon sakini, 2010-cu il təvəllüdlü Ağaşov Mirəli Rəşad oğluna hələ 2013-cü ildən “Uşaq serebral iflici” diaqnozu ilə əlillik təyin edilib.
Hazırda da müddətsiz (ömürlük) əlilliyi və əlilliyə görə də aylıq sosial ödənişlərlə təminatı davam edir.