“Mənim Xocalım bölgələrdə“ - Sumqayıtda

“Mənim Xocalım bölgələrdə“ - Sumqayıtda backend

Sumqayıtda "Mənim Xocalım bölgələrdə" layihəsi üzrə fotosərgi həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Mənim Xocalım” bölgələrdə” layihəsi Sumqayıt şəhərində baş tutub. Sumqayıt şəhəri Gənclər evində keçirilən tədbirdə şəhər gəncləri iştirak edib. Layihə rəhbəri Həsən Sultanov layihənin geniş özətini verib. Tədbir zamanı Gənclər fondunun nümayəndəsi çıxış edərək fond haqqında ətraflı məlumat verib.

Xatırladaq ki, peşəkar və həvəskar fotoqrafların işlərindən ibarət olacaq və Xocalı həqiqətlərini əhatə edəcək fotoşəkillərdən ibarət sərgi Respublikanın 4 şəhərində keçirilməsi nəzərdə tutulub. Sərgi Gəncə, Quba, Lənkəran və Sumqayıt şəhərlərində təşkil olunacaq. Sərgini digərlərindən fərqləndirən cəhət fotoların hər biri müasir dövrümüzdə və Xocalı Soyqırımını əks etdirən (Xocalı fotoqrafın gözü ilə) mövzuda çəkilməsidir.



Layihənin əsas məqsədi isə bölgə gənclərini Xocalı Soyqırımı haqqında maarifləndirmək, Xocalı həqiqətlərini çatdırmaq və gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsidir.
Diaspora