Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyev həbs edilib.
QAZILER.AZ Axar.az-a istinadən xəbər verir ki, R.Hacıyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət almaq) maddəsi ilə cinayət işi açılıb.
Binəqədi Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.