Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
QAZİLER.AZ Lent.az-a istinadən xəbər verir ki, nəqliyyatın hərəkəti dayandırılıb, gəmilərdən, avtomobillərdən siqnallar verilib.
Qeyd edək ki, 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar respublikanın şəhər və rayonlarında şəhidlərin xatirəsi anılır, 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilir.
Yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edən insanlar qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə tər çiçəklər düzürlər.
![](https://img.qaziler.az/gallery/2024/01/152790_65ab8896964e1.jpg)
![](https://img.qaziler.az/gallery/2024/01/152790_65ab889697097.jpg)
![](https://img.qaziler.az/gallery/2024/01/152790_65ab8896971b6.jpg)
![](https://img.qaziler.az/gallery/2024/01/152790_65ab8896972b8.jpg)