İranın Azәrbaycandakı sәfirliyindә mәtbuat katibi Seyid Mәhәmmәd Ayәtullahinin diplomatik missiyasının başa çatması vә Mәhәmmәd Rza Nәcәfinin yeni mәtbuat katibi kimi işә başlaması münasibәtilә tәdbir keçirilib.
APA-nın mәlumatına görә, sәfir Möhsün Pakayin bildirib ki, sәfir kimi fәaliyyәt göstәrdiyi 3 il әrzindә uğurlarından biri Azәrbaycanla әlaqәlәrin daha da yaxınlaşması olub. O qeyd edib ki, bu müddәtdә iki ölkә sıx әlaqәlәr qurub vә bu işdә media yaxından iştirak edib: “Bir çox anlaşılmazlıqlar aradan qalxıb. Bu işlәrdә sәfirliyin mәtbuat xidmәtinin rәhbәri Seyid Mәhәmmәd Ayәtullahinin böyük rolu olub. Hazırda onun missiyası başa çatıb vә ölkәyә qayıdır”.Sәfirin sözlərinə görə, onun fәaliyyәt göstәrdiyi müddәtdә Azərbaycandan 9 media nümayәndә heyәti vә 70 jurnalist İrana gedib.
Seyyid Məhəmməd Ayətullahi isə hazırda İranda Azәrbaycana mәxsus 4 media bürosunun fәaliyyәt göstәrdiyini deyib. O bildirib ki, bunun nәticәsindә azәrbaycanlılar xәbәri birbaşa İrandan ala bilir.
Yeni mәtbuat katibi Mәhәmmәd Rza Nәcәfi fәaliyyәt göstәrәcәyi müddәtdә iki ölkә arasında münasibәtlәrin dәrinlәşmәsinә öz töhfәsini vermәyә çalışacağını bildirib.
Qeyd edək ki, Mәhәmmәd Rza Nәcәfi İranın Astara şәhәrindәndir. Azәrbaycan dilini yaxşı bilir. 12 ildir diplomatk korpusda çalışır.