ATƏT-in Minsk qrupunun növbəti görüşü yaxın aylarda keçirilə bilər.
APA-nın verdiyi məlumata görə, belə bir bəyanatla ATƏT-in baş katibi Lamberto Zanyer Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Daimi Şurasının iclasında çıxış edib.Qarabağ nizamlanmasını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katbi Nikolay Bordyuja ilə müzakirə etdiyini deyən L. Zanyer Ermənistan-Azərbaycan sərhədində və regionda zorakılığın artmasından narahat olduqlarını bildirib. “Siyasi rəhbərliklə iş aparmaq lazımdır”, -deyə o vurğulayıb.
O, Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün baş tutacağını da istisna etməyib.