Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə keçirilən ikinci “Bakı Beynəlxalq Memarlıq Mükafatı" müsabiqəsinin bağlanış və qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev son illər Azərbaycanın bir çox beynəlxalq mədəniyyət, humanitar və idman tədbirlərinə ev sahibliyi etdiyini söyləyib, artıq ikinci dəfə keçirilən "Bakı Beynəlxalq Memarlıq Mükafatı" müsabiqəsinin də bu sırada özünə yer tutduğunu deyib. Qeyd olunub ki, ölkəmiz özünün zəngin memarlıq irsi, ənənələri ilə də dünyada tanınır. Bu gün Bakıda UNESCO tərəfindən bəşəriyyətin mədəni irs siyahısına daxil edilən Qız qalası, Şirvanşahlar Saray Kompleksi kimi memarlıq abidələri ilə yanaşı, paytaxtımızın simasını dəyişən, onun müasir rəmzlərinə çevrilən binalar da var və yeniləri inşa olunmaqdadır. Beynəlxalq Memarlar İttifaqının baş katibi Tomas Voiner müsabiqənin yüksək səviyyədə keçirildiyini vurğulayıb, bu işdə əməyi olan hər kəsə öz minnətdarlığını bildirib. Qonaq bu günlər ərzində Bakının memarlıq ənənələri və müasir memarlıq üslubu ilə daha yaxından tanış olmaq imkanı qazandığını da diqqətə çatdırıb. Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə ikinci “Bakı Beynəlxalq Memarlıq Mükafatı" müsabiqəsi haqqında ətraflı məlumat verib. Bildirib ki, budəfəki müsabiqəyə 37 ölkədən 250-dək layihə təqdim olunub. Qeyd olunub ki, müsabiqəyə təqdim edilmiş bütün layihələrdən ibarət xüsusi kataloq nəşr ediləcək. Sonra qaliblərə mükafatlar təqdim olunub. Yeddi nominasiya üzrə keçirilən müsabiqənin qalibləri arasında azərbaycanlı memarlar da yer alıb. Rasim Babakişiyev "Həyata keçirilmiş ən yaxşı interyer" nominasiyasında birinci, Elçin Əliyev isə "Memarlıq sahəsində ən yaxşı nəşr" nominasiyası üzrə 2-ci yerləri qazanıblar. Qaliblərə diplom və pul mükafatları təqdim olunub. Müsabiqənin ümumi mükafat fondu 52500 manat təşkil edib. Qeyd edək ki, müsabiqə qaliblərini Beynəlxalq Memarlar İttifaqının baş katibi Tomas Voiner, qurumun sabiq prezidenti Vassilis Sgoutas və sabiq baş katibi Mişel Barmaki, vitse-prezident Hayder Ali, Fransa memarlarının milli ittifaqının prezidenti Catherine Jacquot və Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadənin daxil olduğu münsiflər heyəti müəyyənləşdirib.
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə keçirilən ikinci “Bakı Beynəlxalq Memarlıq Mükafatı" müsabiqəsinin bağlanış və qaliblərinin mükafatlandırma mərasimi keçirilib.Nazirlikdən AZƏRTAC-a bildirilib ki, mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev son illər Azərbaycanın bir çox beynəlxalq mədəniyyət, humanitar və idman tədbirlərinə ev sahibliyi etdiyini söyləyib, artıq ikinci dəfə keçirilən "Bakı Beynəlxalq Memarlıq Mükafatı" müsabiqəsinin də bu sırada özünə yer tutduğunu deyib.
Qeyd olunub ki, ölkəmiz özünün zəngin memarlıq irsi, ənənələri ilə də dünyada tanınır. Bu gün Bakıda UNESCO tərəfindən bəşəriyyətin mədəni irs siyahısına daxil edilən Qız qalası, Şirvanşahlar Saray Kompleksi kimi memarlıq abidələri ilə yanaşı, paytaxtımızın simasını dəyişən, onun müasir rəmzlərinə çevrilən binalar da var və yeniləri inşa olunmaqdadır.
Beynəlxalq Memarlar İttifaqının baş katibi Tomas Voiner müsabiqənin yüksək səviyyədə keçirildiyini vurğulayıb, bu işdə əməyi olan hər kəsə öz minnətdarlığını bildirib. Qonaq bu günlər ərzində Bakının memarlıq ənənələri və müasir memarlıq üslubu ilə daha yaxından tanış olmaq imkanı qazandığını da diqqətə çatdırıb.
Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə ikinci “Bakı Beynəlxalq Memarlıq Mükafatı" müsabiqəsi haqqında ətraflı məlumat verib. Bildirib ki, budəfəki müsabiqəyə 37 ölkədən 250-dək layihə təqdim olunub.
Qeyd olunub ki, müsabiqəyə təqdim edilmiş bütün layihələrdən ibarət xüsusi kataloq nəşr ediləcək.
Sonra qaliblərə mükafatlar təqdim olunub.
Yeddi nominasiya üzrə keçirilən müsabiqənin qalibləri arasında azərbaycanlı memarlar da yer alıb. Rasim Babakişiyev "Həyata keçirilmiş ən yaxşı interyer" nominasiyasında birinci, Elçin Əliyev isə "Memarlıq sahəsində ən yaxşı nəşr" nominasiyası üzrə 2-ci yerləri qazanıblar.
Qaliblərə diplom və pul mükafatları təqdim olunub. Müsabiqənin ümumi mükafat fondu 52500 manat təşkil edib.
Qeyd edək ki, müsabiqə qaliblərini Beynəlxalq Memarlar İttifaqının baş katibi Tomas Voiner, qurumun sabiq prezidenti Vassilis Sgoutas və sabiq baş katibi Mişel Barmaki, vitse-prezident Hayder Ali, Fransa memarlarının milli ittifaqının prezidenti Catherine Jacquot və Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadənin daxil olduğu münsiflər heyəti müəyyənləşdirib.