Bakıda itkin düşən şagird “Instagram” hesabı vasitəsilə tapıldı

Bakıda itkin düşən şagird “Instagram” hesabı vasitəsilə tapıldı backend

Paytaxtın Xətai rayonunda itkin düşən məktəbli tapılıb. 

Bununla bağlı şagirdin oxuduğu Xətai rayonu, Şirvan küçəsində yerləşən 29 saylı orta məktəbdən məlumat verilib. 

Bildirilib ki, 15 və 16 yanvar 2024-cü il tarixlərində 29 nömrəli tam orta məktəbdə 1 nəfər 11-ci sinif şagirdi dərs prosesində iştirak etməyib.

Sinif rəhbəri məktəblinin himayəsində yaşadığı yaxın qohumu ilə əlaqə saxladıqda şagirdin səhər evdən çıxdığı və sonradan evə qayıtmadığı məlum olub. Uşağın qohumu tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub.

Məktəb rəhbərliyi tərəfindən digər şagirdin köməyi ilə “Instagram” hesabı vasitəsilə şagirdlə əlaqə saxlanılıb, yeri müəyyən edildikdən sonra hüquq-mühafizə orqanlarına da məlumat verilib.

Şagirdlə məktəb rəhbərliyi və psixoloq tərəfindən müvafiq söhbət aparılıb, hazırda məktəbdədir, böyük summativ qiymətləndirmədə iştirak edir.

Qeyd edək ki, 2007-ci il təvəllüdlü şagird yanvarın 15-də Xətai rayonu, Şirvan küçəsində yerləşən 29 saylı orta məktəbə gedib və geri qayıtmayıb.

loading...
Diaspora