2023-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 491 min nəfər sosial müavinətlə, 378 min nəfər Prezidentin aylıq təqaüdü ilə təmin olunub.
Nazirlikdən Qaziler.az-a verilən xəbərə görə, sosial müavinətlər üzrə 24 faiz çox olmaqla 999 mln. manat, Prezident təqaüdləri üzrə 20 faiz çox olmaqla 647 mln. manat ödənilib.
Sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 566 min, o cümlədən ötən il 137 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.