Rusiyanın Rostov vilayətindəki Şaxtinski poliester zavodunda baş verən yanğın nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
Qaziler.az bildirir ki, vu barədə yanvarın 17-də “İzvestiya"ya mənbə məlumat verib.
"Həmin gün səhər saatlarında Şaxtıda döşək və yastıq üçün içliklər istehsal edən sexdə yanğın baş verib. İlkin olaraq yanğının 200 kvadratmetr ərazini əhatə etdiyi bildirilib. Daha sonra yanğınsöndürənlər tərəfindən 360 kvadratmetr sahədə yanğın lokallaşdırılıb. m sahədə 58 mütəxəssis və 17 texnika işləyir", - məlumatda deyilir.
QAZİLER.AZ