Bu gün Lökbatan qəsəbəsi və Yeni Biləcəri yaşayış massivində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, I və II Kür-Bakı magistral su xətlərində yenidənqurma işlərinin aparılması ilə əlaqədar gün ərzində Qaradağ rayonunun Lökbatan qəsəbəsinə və Binəqədi rayonunun Yeni Biləcəri yaşayış massivində sular kəsiləcək. Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyirXƏBƏRDARLIQ: bu qəsəbələrdə su olmayacaq

