Bu ilin dekabr ayında Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.
Bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, bununla bağlı qanunvericilik bazası təkmilləşdirilməlidir: "Seçkilərə qədər bələdiyyələrin sayı və digər məsələlərin hamısı nəzərdən keçirilməlidir. Bələdiyyə seçkilərinin yüksək səviyyədə təşkili üçün qanunvericilik mütləq təkmilləşdirilməlidir. Odur ki, qarşıda ciddi vəzifə və işlər dayanır”.