Jurnalist Şahin Rzayev həbs olunub.
"Report"un əldə etdiyi məlumata görə, məhkəmə Ş.Rzayev barəsində 15 sutkalıq inzibati qaydada həbs qərarı çıxarıb.
Jurnalist inzibati xəta törətməkdə təqsirli bilinib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı "Report"a faktı təsdiq edib.